ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşə icazə verib. Cənab Bayden bildirib ki, KXDR lideri səmimiyyət və ciddi yanaşma nümayiş etdirərsə, görüş mümkündür.
“Şimali Koreya lideri ilə görüşə hazır olub-olmamağım onun səmimi olub-olmamasından və nə dərəcədə ciddi olmasından asılı olacaq”, – Co Bayden deyib.
Bunu cənab Bayden Asiya ölkələrinə turnesi çərçivəsində gəldiyi Cənubi Koreya prezidenti ilə görüşdə deyib. Görüşdə iki ölkə liderləri Şimali Koreyanın raket buraxılışlarının sayının artırılmasını və Hind-Sakit okean regionunun təhlükəsizliyini də müzakirə ediblər.
Co Baydenin sözlərinə görə, ABŞ Şimali Koreyaya koronavirus peyvəndi ilə kömək etməyi təklif edib, lakin Pxenyan bu təklifi rədd edib. Təkcə son 24 saat ərzində Şimali Koreyada qızdırma əlamətləri olan 219 mindən çox hadisə aşkarlanıb, bir nəfər ölüb. Xəstələrin koronavirusa yoluxduğu güman edilir.