Gürcüstanın Qori şəhərində 10 yaşlı qız uşağını yoldan çıxararaq intim görüntülərini əldə edən şəxsə 12 il həbs cəzası verilib.
İctimairey.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu xəbər yayıb.
Məlumata əsasən həmin şəxs əvvəlcə sosial şəbəkədə saxta hesab ilə 10 yaşlı qıza özünü onun həmyaşıdlı qız olaraq tanıdıb və onu yoldan çıxararaq özəl şəkillərini göndərməsini istəyib. Bundan sonra isə, həmin şəkillər vasitəsi ilə 10 yaşlı qızı hədələyib. Daha sonra sosial şəbəkə vasitəsi ilə görüntülü zəng edərək intim hərəkətlər etməsini tələb edib.
Hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsi 2020-ci ilin 16 iyun tarixində saxlayaraq həbs edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə yekun qərar olaraq bu gün cinayətkara 12 il həbs cəzası verib.
İctimairey.Az