Əməkdar artist Nahidə Orucova “Söz Baz” verilişində qonaq olub. O, həyatı və sənəti ilə bağlı bir sıra açıqlamalar verib.
İctimairey.Az sherq.az-a istinadən xəbər verir ki, aktrisa həyatı haqda bunları söyləyib:
“Məni sevənlərin sayı çox olub. Çalışmışam, bu tərəfi fikirləşməyim. Özümə uyğun olanı tapa bilmədim. Düşündüm ki, belə olmasındansa, olmamağı yaxşıdır. Övladım, evim, ailəm, sevənlərim var. İnsan sevib-seviləndə yaşayır. Həyatı, insanları sevirəm. “Sevirəm” deyəndə, o dəqiqə kişi fikirləşirlər. Niyə belə düşünürlər? Bəs insanları, təbiəti, həyatı sevmək azdır?”
İctimairey.Az