Rusiya Federasiyası mayın 9-dək Ukraynanın cənub hissəsini, o cümlədən Odessanı ələ keçirməyi planlaşdırır.
IctimaiRey.az xəbər verir ki, bunu “Bellingcat”-ın təhqiqatçısı Xristo Qrozev Ukrayna mediasına açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən panika və mayın 9-na qədər hansısa “qələbə”ni nümayiş etdirmək istəyi göz qabağındadır.
“Onlar başa düşürlər ki, əgər xalqa cəlbedici bir şey, məsələn, Odessaya tam dəhliz kimi bir şey təqdim etməsələr, o zaman insanlar suallar verməyə başlayacaqlar”, – deyə Qrozev izah edir.
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən panika və mayın 9-na qədər hansısa “qələbə”ni nümayiş etdirmək istəyi göz qabağındadır.
Onun sözlərinə görə, Kreml mayın 9-dək istənilən nailiyyəti yetərincə olan kimi göstərməyə çalışacaq.
“Əgər onlar uğur qazanmasalar – və mənə elə gəlir ki, bacarmayacaqlar – o zaman onlar son anda daha çox terror tədbirləri görməyə hazır olacaqlar və buraya kimyəvi silahdan istifadə də daxildir”, – Xristo Qrozev əlavə edib.
Jurnalistin fikrincə, Rusiya xalqı öz hökumətinə və onun təbliğatına inanmamağa başlayır.
Comments are closed.