Zelenski: “Mariupolu blokadadan çıxarmaq üçün kifayət qədər texnika yoxdur”

0

Zelenski: “Mariupolu blokadadan çıxarmaq üçün kifayət qədər texnika yoxdur”

Mariupolu nə vaxt blokadadan çıxara biləcəyimizi demək çətindir”.
IctimaiRey.az Report“a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Mariupoldakı bütün uşaqlar qələbə istəyir, blokadadan çıxmaq istəyirlər, düşmənə təslim olmaq fikrində deyillər”, – Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, Mariupolun blokadasını ya hərbi, ya da diplomatik yolla açmaq olar.
“Birincisi, ağır silahlı yardımdır ki, biz buna ümid edirik və birgə hərəkətlərlə Mariupolu blokadadan çıxara bilərik. Hələlik bu texnika bizdə kifayət qədər deyil. İkinci yol isə diplomatikdir, Rusiya bununla razılaşmır”, – Ukrayna dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Zelenski Mariupolda vəziyyətin pisləşdiyini bildirmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »