Putin Ukraynaya hücum qərarını kimlərlə birgə qəbul edib?

0

Putinin qərarında kimlər iştirak edib.

İctimaiRəy.azRusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamaq qərarını müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə birgə verib.

Bu barədə “Bloomberg” yazır. Agentlik bildirir ki, işğalın başlanmasından sonrakı həftələr ərzində Putinin müşavirləri və təmas dairəsi onun əvvəllər müntəzəm olaraq məsləhətləşdiyi sərt xətt tərəfdarlarının məhdud qrupundan daha da daralıb.

Putin Ukraynaya hücum qərarını kimlərlə birgə qəbul edib?

Məlumatda deyilir ki, məhdud informasiya Kremlin Ukrayna qoşunlarının və rəsmilərinin daha geniş dəstəyinə, eləcə də daha sürətli hərbi irəliləyişinə arxalanaraq hücumun ilk günlərində səhv hesablamalarına səbəb olub. Rusiya Prezidenti də zəif hesab etdiyi ukraynalı həmkarını düzgün qiymətləndirməyib.

“Hərbi uğursuzluqlara və sanksiyaların səbəb olduğu iqtisadi çətinliklərə baxmayaraq, Putin öz ambisiyalarını ölkənin əksər hissəsinin sürətli, genişmiqyaslı ələ keçirilməsindən Donbas bölgəsi üzərində gərgin döyüşə qədər azaltmalı olsa belə, şərqdə mübarizəni davam etdirmək əzmindədir”, – nəşr qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »