Şəfəq Ələsgərqızı: Ramin Məmmədovun 65 illik yubileyinə kiçik hədiyyəm.

0

Ad günün mübarək!

Gözəl arzularla girdin qol-qola.

Həmişə sevinclə gözlərin dola!

65 baharı salırsan yola,

Ad günün mübarək Ramin müəllim!

Varaqlar üstünə ömür sərmisən,

Hikmət baxçasından tər gül dərmisən.

O gözəl, mənalı ömrünə əhsən,

Ad günün mübarək Ramin müəllim !

Nadana göstərdin daim həddini,

Ucada saxladın ədəb səddini.

Daim uca tutdun sən Bum kəndini,

Ad günün mübarək Ramin müəllim!

Qələmin haqq sözə tutubdu ayna,

Önündə haqsızlar çətin dayana.

Hər sözün məlhəmdir hikmət duyana,

Ad günün mübarək Ramin müəllim!

Xəyalım yoluna döşəyir xalı,

Yurd eşqi Şəfəqin ulu amalı.

Gözəl söz ustadı el ağsaqqalı,

Ad günün mübarək Ramin müəllim!

Şəfəq Ələsgərqızı. 18. 04. 2022.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »