Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi layihəsi hələ də hazır deyil.
“Saziş layihəsinin sammit görüşünə hazır olmasına gəlincə, təəssüf ki, Araxamiyanın nikbinliyini bölüşmürəm. Biz daha çox iş görməliyik. Və görürəm ki, Ukraynanın diplomatik və hərbi xidmətləri, fikrimcə, bu sahədə xeyli geridədir. Hətta siyasi səviyyədə artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün də zamana ehtiyac var”, – Medinski bildirib.
Comments are closed.