Azərbaycanlı gözəl Berlində polis komissarıdır – FOTOLAR

0
 Alman onlayn nəşrləri Noykeln Berlin bölgəsində polis komissarı vəzifəsində çalışan azərbaycanlı mühacir Lanadan yazır.
“15 yaşında Alman dilini bilmirdi, indi komissardır” Almaniyanın aparıcı qəzeti olan Bild, 29 yaşlı azərbaycanlı Lana haqqında yazır və onu miqrantların uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi adlandırır. ” Berlinə 15 yaşımda anamla gəlmişəm və bir kəlmə də olsun almanca danışa bilmirdim, hətta salamlaşmağı belə bilmirdim”- deyə Lana Bz-berlin.de-yə verdiyi müsahibədə vurğulayıb. Sayt qeyd edir ki, bu gün gənc qız sərbəst və vurğusuz almanca danışmağı bacarır. Lana orta məktəbdə təhsil alarkən, tələbələrin daim sataşmalarına məruz qaldığını qeyd edərək bildirir ki, – “Çox ağlayırdım, amma həmişə ailəmizi təmin etmək üçün Bakıda işləyən və yalnız 6 il sonra yanımıza gələn atamı düşünürdüm.” Orta məktəb xatirələrini bölüşən Lana, – bu illəri həyatının “mübarizə” dövrü adlandırır və qeyd edir ki: “Dostlarımla gün keçirməyə heç vaxt tapmırdım, amma həyatdan nə istədiymi bilirdim. Kiçik yaşlarımdan polis olmaq arzunda idim, çünki bu dünyada bir çox şey dəyişdirmək istəyirdim. ” Xəyalının ardınca irəliləyən Lana Berlin İqtisadiyyat və Hüquq Universitetinin polis xidməti fakültəsinə daxil olur və diplom mövzusu “Berlin Polisindəki Miqrantlar: Motivasiya və Maneələr” üzərində çalışır. Bz-berlin.de qeyd edir ki, “Lana uğurlu inteqrasiyanın ən yaxşı nümunəsidir”. Bu gün Lana bir polis komissarıdır və artıq 2 ildir Noykeln Berlin bölgəsinin təhlükəsizliyinə məsul şəxsdir. Lananın rus, türk, ingilis ve fransız dillərini bilməsi işində ona çox kömək edir. Polis həmkarlarının ona qarşı münasibətinə gəlincə, Lana bildirir ki, heç kim ona zarafat, lağa qoymaq kimi münasibətlərlə yanaşmır və bunu öz ciddiliyi ilə əlaqələndirir. – “Mən gülümsəmirəm” – deyir Berlin Polis Komissarı, hər zaman hər kəslə mübarizə aparmağa hazıram. “Azərbaycanda mənim yaşımda olan qızlar evlidir və uşaqları da var. Mən isə təkəm və ümumiyyətlə evlənmək istəyib -istəmədiyimi bilmirəm. Həyat buradadır və zaman da indidir. Mən bu gün tamamilə xoşbəxtəm.”
Esmira Şükürova
İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »