AKP nümayəndə heyəti Şəhidlər Xiyabanında – FOTO

0

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib.

İctimairey.Az Trend-ə istinadən bildirir ki, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »