Gəncədə şəhid Vüsal Məmmədovun il mərasimi keçirilib -FOTO

0

Bu gün Vətən müharibəsinin şəhidi Vüsal Məmmədovun xatirəsi ailə üzvləri və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.

Şəhadətə qovuşmasının bir illiyində Gəncənin Şəhidlər Xiyabanında Vüsal Məmmədovun məzarı ziyarət olunub və ruhuna dualar oxunub. İl mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Нет описания.

Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vüsal Məmmədovun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizi böyük Zəfərə qovuşdurub. Niyazi Bayramov ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqət göstərildiyini vurğulayıb.

Qeyd edək ki, Məmmədov Vüsal Elşən oğlu 3 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olub. Vətən müharibəsi zamanı o, Xüsusi Təyinatlı Qrupun tərkibində vuruşaraq, Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirib, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstəribНет описания.

9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Gülnar RÜSTMOVA İctimairey.az. Xüsusi müxbir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »