“Tarixin Qədim Səhifələri – video çarx” layihəsi icra edilib – FOTO

0

26 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan “Tarixin Qədim Səhifələri – video çarx” layihəsi icra edilib.

İlk olaraq layihə rəhbəri Rəşid Məmmədov çıxış edərək layihənin məqsədi, əhəmiyyəti, layihə çərçivəsində keçirilən video-çarx müsabiqəsi, gənclərin müsabiqəyə münasibəti və digər mövzularda bəhs edərək tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra müsabiqə çərçivəsində gənclər tərəfindən hazırlanan, Azərbaycan tarixi ilə bağlı video-çarxlar nümayiş etdirilib.

Sonda video-çarx müsabiqəsində ilk 3 yeri tutan qalib video-çarxlar elan edilib, qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan “Tarixin Qədim Səhifələri – video çarx” layihəsinin əsas məqsədi gənclər arasında Azərbaycan tarixinin milli şüura yansıdılması, Azərbaycan tarixinin öyrədilməsi və onun tədqiqatında gənclərin rolunun artırılması, vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, düşmən tərəfindən Azərbaycan tarixinin saxtalaşdırılmasına qarşı mübarizədə gənclərlə birgə fəaliyyətin qurulması, onların bilik və bacarıqlarının artırılmasıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »