Gürcüstanın Quriya bölgəsinin Çoxatauri rayonunda məktəbliyə qarşı cinsi istismar həyata keçirməkdə ittiham edilən 64 yaşlı müəllim həbs edilib.
İctimairey.Az “bizim.media”ya istinadən xəbər verir ki, məktəblinin qohumları istismara məruz qalan gənc qızın 18 yaşında olduğunu deyiblər.
Qohumlarının məlumatına əsasən, gənc qız 64 yaşlı müəllimin yanına tarix fənnindən hazırlığa gedirmiş.
Məlumata görə, 64 yaşlı müəllim şagirdinə qarşı cinsi istismar həyata keçirdiyi zaman sərxoş vəziyyətdə olub.
Saxlanılan 64 yaşlı müəllim və onun ailəsi isə ittihamı qəbul etmirlər.
İctimairey.Az