Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib. “Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, – deyə məlumatda bildirilir. Tədbirdə Ermənistan hərbçiləri iştirak etməyəcək. Ümumiyyətlə Ermənistanda hərbi təlimlərdə bu tətbiq praktiki olaraq dayandırılıb. Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək. Tədbir 26 iyul – 6 avqust tarixləri üçün planlaşdırılıb.
İctimairey.Az