ŞƏHİDİMİZİN QANI YERDƏ QALMAYACAQ!

0

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində Ermənistan tərəfinin snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun ruhuna Allahdan rəhmət diləyir, şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

İnanırıq ki, şəhidimizin qanı yerdə qalmayacaq. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur. Şəhidimizin qisası alınır.

Azərbaycanın Dəmir Yumruğu düşmənin başını əzməyə həmişə hazırdır! 44 günlük müharibədəki ağır məğlubiyyətindən düzgün nəticə çıxara bilməyən revanşist Ermənistan toplumu və hərbi-siyasi rəhbərliyi dəmir yumruğumuzla, güc yoluyla sülhə məcbur ediləcək!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »