Əgər “Şərqi Zəngəzur” varsa, bu deməkdir ki, onu yaradacaqlar, sonra da “Qərbi Zəngəzur” dan danışmağa başlayacaqlar
Sonuna qədər dayanacağıq, amma heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq: “Artsax Xarici İşlər Naziri deyib” “Artsaxdakı son müharibədən sonra Azərbaycan yeni “Zəngəzur geosiyasi cəbhəsi” açaraq, Süniki tutmaq üçün əməli addımlar atır. Olmayan “Artsax Respublikasının” qondarma xarici işlər naziri David Babayan bunu “Armenpress”ə verdiyi müsahibəsində nəhayət ayıq olmağa, baş verənləri anlamağa və Azərbaycandan yeni təcavüzə hazır olmağa çağırıb. “Xarici işlər nazirinin” sözlərinə görə, Artsax indi “reanimasiya şöbəsində” olsa da və Artsaxın “qalxanı” qırılsa da, məhv edilməyib. David Babayan rəsmi Stepanakertin mövqeyinin dəyişməz olduğunu vurğulayaraq, – Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. – deyə bildirib. Babayanın jurnalistlə müsahibəsinin qısa mətnini diqqətinizə çatdırıram. – Babayan, Azərbaycan Prezidenti Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmadığını” bildirib. Bu ifadəyə cavab olaraq, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan, – Artsaxın statusu məsələsi həll olunmayınca, başqa qərarların haqqında danışmağın çətin olacağını söyləyib. Sizcə, Əliyev hansı razılaşmadan danışır, hansı məqsədlə belə bir bəyanat verir və bu gün regionda qarışıq problemlərin bütün kompleksini nəzərə alaraq, – Artsax məsələsi və Ermənistan-Azərbaycan münaqişəsi – sülh müqaviləsi bağlamaqdan danışmaq nə qədər realdır? – Ümumiyyətlə, Əliyevin səsləndirdiyi hüquqi fikirlərə, məsələn, müqavilə, razılaşma, sülh və s. deyil, dövriyyəyə buraxdığı yeni bir mövzu üzərində dayanmalıyıq. İllərdir bu haqda danışırıq. Lakin hamı indi başa düşdü və özlərinə sual verir: “Bu necə ola bilər? Nə baş verir?”. Əliyev yeni bir geopolitik mövzu, yeni bir geopolitik cəbhə – Zəngəzur Cəbhəsini açdı. İndi bu artıq müzakirə mövzusuna çevrilib, bir reallığa çevrilib. İllərdir dedik ki, Allah qorusun, Artsax zəifləsə, ana Ermənistan ölümcül təhlükə ilə üzləşəcək. Buna inanmadılar. Ermənistanda bəziləri Artsaxın bir yük olduğunu, Artsaxdan qurtulsalar yaxşı yaşayacaqlarını düşünür. Xeyr, bu olmayacaq. Görürsən, Artsax zəiflədi və Zəngəzur cəbhəsi açıldı. İndi Azərbaycan Zəngəzur geosiyasi cəbhəsini açmaq mərhələsindədir. – Bu nə deməkdir? – Bu o deməkdir ki, Artsax belə bir vəziyyətdə – geosiyasi, psixoloji, iqtisadi, digər cəhətdən reanimasiya şöbəsindədir. Artsaxın qalxanı qırıldı. Artsax Yıxıldı. Amma, hələ məhv olmayıb. İndi başqa bir cəbhə açıldı, Zəngəzur Cəbhəsi. Onlar (azərbaycanlılar) həmişə, – “Zəngəzur Azərbaycanındır” və digər bu kimi absurd şeylər deyirdilər. İndi bu layihəni həyata keçirməyə başlayıblar. “Şərqi Zəngəzur İqtisadi Bölgəsi” ni yaratdılar. Yeri gəlmişkən, bu iqtisadi zonaların yaradılmasının ilk addımıdır. Sonra, bu iqtisadi bölgələrə və ya vilayətlərə çevriləcəkdir. Ancaq həqiqət budur ki, Azərbaycanda heç vaxt “Şərqi Zəngəzur İqtisadi Bölgəsi” adlı iqtisadi, mədəni və ya inzibati vahid olmamış və ümumiyyətlə Azərbaycanda Zəngəzur adına heç bir iqtisadi, mədəni və ya inzibati ərazi vahidi olmamışdır. İndi bu iqtisadi zonanı yaradıblar. Sabah inzibati vahidə çevriləcəklər. Və sonra nə olacaq? Əgər “Şərqi Zəngəzur” varsa, bu deməkdir ki, onu yaradacaqlar, sonra da “Qərbi Zəngəzur” dan danışmağa başlayacaqlar. Əliyev onsuz da dünən bu barədə danışdı. Dedi ki, “Ermənistan tərəfindən işğal edilmiş Qərbi Zəngəzur azad edilməlidir”. Və nə etdi? Zəngəzuru əvvəllər Kəlbəcər-Laçın iqtisadi bölgəsi adlandırdıqlarına, ona nəzarət etmədiklərinə baxmayaraq, “Şərq İqtisadi Bölgəsi” adlandırdılar və eyni ilə Kəlbəcər, eləcə də indi Cəbrayıl adlandırılan Qədrutun cənub hissəsini özündə cəmləşdirdilər. Halbu ki, nə Cəbrayıl, nə də Kəlbəcər tarixən Zəngəzur deyildi. Bəs bunu niyə belə adlandırdı? “Qərbi Zəngəzur” konsepsiyasını yaratmaq və bu prosesi başlamaq üçün. Qərbi Zəngəzurur ərazisi demək olar ki, Sevan Gölü, Vayots Dzor və Syunikin birlikdə ərazisidir. İ. Əliyev artıq bu konsepsiyanı dövriyyəyə buraxaraq ilk addımı atıb. Həm də Meqridən deyil, “Zəngəzur Dəhlizi” ndən danışır. Yəni bu geosiyasi cəbhə artıq işə başlayıb. Ayıq olmalı, nə baş verdiyini anlamalı, hazır olmalıyıq. Onlar addım-addım irəliləyirlər. Əvvəl iqtisadi bölgə, sonra da inzibati bölgəyə çevriləcəklər. Artıq işə başlanmışdır. Buna görə də davamlı olaraq bu cür açıqlamalar verəcəklər. Sülh müqaviləsi istəyirsə, deyəcək: “Mənə Qərbi Zəngəzuru ver”, “Mənə Göyçəni ver”, “Sevan ver”, “İrəvanı ver” deməkdir. Və bu artıq baş verir. Ən dürüst düşmənlər onlardır. Onlar heç vaxt əsl məqsədlərini gizlətmir. – Cənab Babayan, müharibədən sonra yeni status-kvoda sülh sazişi, danışıqların bərpası və s. haqqında danışıqlar var. İrəvan deyir ki, prioritet Artsaxın statusunu aydınlaşdırmaqdır, Azərbaycan başqa açıqlamalar verir. Artsax haradadır bu söhbətlərdə? Artsaxın mövqeyi nədir? İndi heç kim Artsaxın rəyini soruşmur. – Artsaxın fikri dəyişməz olaraq qalır: biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Hər kəs bunu anlamalıdır. Məsələn, səfirlər qalxıb Şuşaya gedib. Azərbaycana da deyiblər ki, “Artsax sənindir”. Bu bizim üçün qəbuledilməzdir. Burada iki seçim var. Ya sona qədər, son damla qanımıza qədər döyüşüb həlak olacağıq, ya da hamımız buradan çıxıb gedəcəyik. Başqa yol yoxdur. Biz Azərbaycanın bir hissəsi olmayacağıq. Bu bizim mövqeyimizdir. – Yaxşı. Bu vəziyyətdə rəsmi Stepanakert hərbi-siyasi vəziyyəti, xüsusən də Rusiya sülhməramlılarının və Rusiya qoşunlarının Artsaxda olmasını nəzərə alaraq, Artsaxın statusunu yaxın gələcəkdə necə təsəvvür edir? – Özünü idarə edən, müstəqil bir ölkə, bölgədəki geosiyasi rolunu oynayan ayrı bir qurum. Bir geopolitik varlıq kimi davranmalıyıq. – Bundan sonra, Artsax Ermənistana qoşulmağa çalışacaq və ya Rusiyanın tərkibinə girəcək və ya fərqli bir – müstəqil respublika statusu alacaq? – Bax, indi bu barədə danışmaq, Kikosun ( erməni multfilmln obrazı) tarixini icad etmək qədər səhv olar, uzaq gələcəyə aid bir sualdır. Ən əsası, Azərbaycanın bir hissəsi olmayacağıq, suverenliyimizi qoruyacağıq. Və sonra görəcəyik. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin dünyaya – Yoxdur Artsax Respublikası! – bəyan etməsindən görünür qondarma xarici işlər naziri Babayanın ya xəbəri yoxdur, ya da ki, üzdəniraq iddiasınından əl çəkmək fikrində deyil. Amma müsahibəsi yolun sonuna çatdıqlarına görə canındakı qorxunun tuğyan etməsindən xəbər verir.
YAŞASIN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV!
Esmira ŞÜKÜROVA
İctimairey.Az