Bakıda dünya kuboku yarışında kişilər və qadınlar arasında sinxron cütlüklərin finalçıları müəyyənləşib
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışında kişilər və qadınlar arasında sinxron cütlüklərin finalçıları müəyyənləşib.
İctimairey.az xəbər verir ki, qadınlar arasında sinxron cütlüklərdən finala Belarusu təmsil edən Viktoriya Kuidan və Katerina Yerşova (48,670 xal), rusiyalı idmançılar Meri Qolota, Aleksandra Bonartseva (47,070 xal), türkiyəli Sena Elçin Karakaş və Sila Karakuş (44,750 xal), İsveç təmsilçiləri Tea Lilyerut və Lina Syosberq (41,900 xal) çıxıblar.
Kişilər arasında sinxron cütlüklərin final yarışında Belarus idmançıları Andrey Builov və İvan Litvinoviç (52.630 xal), rusiyalı gimnastlar Danila Kasimov, Kirill Kozlov (50.650 xal), Türkiyə təmsilçiləri Gürkan Mutlu, Hüseyn Engin Yontucu (49.600 xal), qazaxıstanlı İqor Qraçov, Roman Barkov (49,520 xal), portuqaliyalı idmançılar Dioqo Abreu və Pedro Ferreyra (48,700 xal), ABŞ gimnastları Ceys Uilyams və Kodi Qesuelli (42,880 xal) mübarizə aparacaqlar.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.
Bu gün başa çatacaq yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.