Bu gün Tokioda Yay Olimpiya Oyunları başlayır

0

Mərasim Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə 15: 00-da başlayacaq.

İctimairey.Az xəbər verir ki, Tokiodakı Olimpiya Oyunları 2020-ci ilin yayında baş tutmalı idi, lakin koronavirus pandemiyası səbəbindən 2021-ə təxirə salındı. Yarışın çox hissəsi tamaşaçısız, boş tribunalarla keçiriləcək. Oyunlar proqramında 339 mükafatın oynanılacağı 33 idman növü yer alacaq. Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı qüvvəsini sınayacaq. Mükafatlandırma mərasimində Çaykovskinin musiqisi milli marşın yerini alacaq. Olimpiya Oyunları 8 avqustda başa çatacaq.

Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək. Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb: 1. Anna Skidan (Atletika – çəkicatma) 2. Maksim Şemberev (Üzgüçülük – 400 m qarışıq) 3. Mariya Stadnik (Qadın güləşi – 50 kq) 4. Şərif Şərifov (Sərbəst güləş – 97 kq) 5. Zöhrə Ağamirova (Bədii gimnastika – çoxnövçülük) 6. Yelizaveta Luzan (Bədii gimnastika – qrup çoxnövçülük) 7. Darya Sorokina (Bədii gimnastika – qrup çoxnövçülük) 8. Məryam Səfərova (Bədii gimnastika – qrup çoxnövçülük) 9. Ləman Əlimuradova (Bədii gimnastika – qrup çoxnövçülük) 10. Zeynab Hummatova (Bədii gimnastika – qrup çoxnövçülük) 11. Marina Nekrasova (İdman gimnastikası – qadınlar çoxnövçülük) 12. İvan Tixonov (İdman gimnastikası – kişilər çoxnövçülük) 13. Ruslan Lunyov (Güllə atıcılığı – 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma) 14. Elçin Əsədov (Velosiped idmanı – şosse) 15. Milad Beigi Hərçəqani (Taekvondo – 80 kq) 16. Nazim Babayev (Atletika – üç təkanla tullanma) 17. Tayfur Əliyev (Boks – 57 kq) 18. Hacı Əliyev (Sərbəst güləş – 65 kq) 19. Hacımurad Hacıyev (Sərbəst güləş – 74 kq) 20. İslam Abbasov (Yunan-Roma güləşi – 87 kq) 21. Anna Başta (Qılıncoynatma – sablya) 22. Elis Manolova (Qadın güləşi – 68 kq) 23. Rafiq Hüseynov (Yunan-Roma güləşi – 77 kq) 24. Fəridə Əzizova (Taekvondo – 67 kq) 25. Rafael Ağayev (Karate – 75 kq) 26. İrina Zaretska (Karate – +61 kq) 27. Edi Reski Dviçayo (Badminton) 28. Kəramət Hüseynov (Cüdo – 60 kq) 29. Orxan Səfərov (Cüdo – 66 kq) 30. Rüstəm Orucov (Cüdo – 73 kq) 31. Murad Fətiyev (Cüdo – 81 kq) 32. Məmmədəli Mehdiyev (Cüdo – 90 kq) 33. Zelim Kotsoyev (Cüdo – 100 kq) 34. Uşangi Kokauri (Cüdo – +100 kq) 35. Aişə Qurbanlı (Cüdo – 48 kq) 36. İrina Kindzerska (Cüdo – +78 kq) 37. Rostislav Pevtsov (Triatlon) 38. Cavid Çələbiyev (Boks – 63 kq) 39. Lorenso Sotomayor (Boks – 69 kq) 40. Alfonso Dominges (Boks – 81 kq) 41. Məhəmməd Abdullayev (Boks – +91 kq) 42. Firdovsi Farzaliyev (Karate – 67 kq) 43. Emin Cəfərov (Stend atıcılığı) – vayld kart 44. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) – universal vəsiqə. Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (24 iyul) boksçular, cüdoçular, şosse velosipedi, idman gimnastikası, badminton və üzgüçülük növü üzrə idmançılar mübarizəyə başlayacaqlar.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »