Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində hazırda “Keşlə” ilə qarşılaşan “Soçi” avrokuboklarda ilk qolunu vurub.
İctimairey.Az qol.az-a istinadən xəbər verir ki, matçın 10-cu dəqiqəsində Rodriqo hesabı açıb. Braziliyalı yarımmüdafiəçinin qolu klub üçün əlamətdar olub. Tarixində ilk dəfə qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazanan 3 yaşlı klub avrokuboklarda qol hesabını açıb.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda “Keşlə” hesabda 0:1 geridədir.
İctimairey.Az