DİQQƏT: Pulmonoloq ev tozunun niyə təhlükəli olduğunu açıqlayıb. Xəstəliklərin səbəbidir.

0

Pulmonoloq Aleksandr Xovanov  nə üçün tozun orqanizm üçün zərərli olduğunu və ondan əbədi olaraq xilas olmağın mümkün olub-olmadığını açıqlayıb.

Onun sözlərinə görə, tozun zərərliliyi bir neçə faktorla müəyyən edilir. Təəssüf ki, bəzən toza qarşı əhəmiyyət verilmir. Daim tozlu mühitdə yaşamaq, orqanizmin müxtəlif xəstəliklərə tutlmasına zəmin yaradır.

Əsas göstərici kimyəvi tərkibdir. Xüsusilə, tozun tərkibindəki zəhərli maddələrin (məsələn, ağır metal birləşmələri) tərkibi kəskin və ya xroniki zəhərlənməyə səbəb ola bilər. Zəhərli maddələr bədənə selikli qişa vasitəsilə daxil olur.

Nəmli mühitdə kif əmələ gəlir və belə tozun inhalyasiyası endotoksikozun artmasına səbəb olur. Bu, böyrəklərin iltihabına və xroniki ağciyər xəstəliyinə səbəb ola bilər.

Bundan əlavə, toz insan dərisinə mənfi təsir göstərə bilər və allergik reaksiyalara səbəb ola bilər.

Pulmonoloq izah etdi ki, tozdan tamamilə və daimi olaraq xilas olmaq mümkün deyil, lakin mənzildə müntəzəm olaraq nəm təmizləmə aparmaq vacibdir – həftədə ən azı iki-üç dəfə. Şkaflar, xalçalar və pərdələr, döşəmə, yataq dəstləri te-tez yuyulmalıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »