A68 əriyən aysberqlə bağlı yeni araşdırmaya görə, ərimə zirvəsi zamanı hər gün 1,5 milyard tondan çox şirin su okeana daxil olur.
Bu, bütün Böyük Britaniya vətəndaşlarının gündəlik istifadə etdiyi suyun miqdarından təxminən 150 dəfə çoxdur.
A68 yaxın vaxtlara qədər dünyanın ən böyük aysberqi idi.
2017-ci ildə Antarktidanı tərk edərkən, təxminən 6000 kvadrat kilometr ərazini əhatə edirdi. Lakin o, 2021-ci ilin əvvəlində artıq yoxa çıxmışdı.
Bir trilyon ton buzun hamısı əriyib.
Tədqiqatçılar A68-in əriməsinin ətraf mühitə təsirini anlamaq üçün, müxtəlif tədqiqatlar aparırlar.
Lids Universitetinin alimlər qrupu Ağ Qitənin Antarktidadan şimala, Cənub Okeanı üzərindən Cənubi Atlantikaya doğru hərəkət edərkən, nəhəng aysberqin ölçüsünün necə dəyişdiyini hesablamaq üçün, bütün mövcud peyk məlumatlarını tədqiq ediblər.
Bu görüntülər komandaya meqa aysberqin ərimə sürətinin üç il yarım ərzində necə dəyişdiyini qiymətləndirməyə kömək edib.
Əriyən A68-in isti iqlimi olan Britaniyanın Xarici Ərazilərindən biri olan Cənubi Corciyaya yaxınlaşmaqdadır.
Bir müddət nəhəng buz blokunun ətrafındakı dayazlıqlara yerləşərək, orada yaşayan milyonlarla pinqvin, suiti və balinaların yem axtarış yollarını bağlaya biləcəyindən narahatlıq yaranmışdı.
Bununla belə, bu baş vermədi, çünki yeni məlumatlar A68-in burada sağ qalmaq üçün, kifayət qədər onurğa dərinliyinə sahib olmadığını göstərir.
Lids Universitetinin tədqiqatçısı Dr. Anne Braakmann-Folqmann BBC-yə deyib: “Görünür, qısa müddət ərzində qitə şelfinə toxunub, ona görə də onun döndüyünü və kiçik bir parçasının qopduğunu gördük. Lakin bu, A68-i sabitləşdirmək üçün, bu kifayət etməyibdi”. dedi.
Araşdırmanın həmmüəllifi Prof. Dr. Andrev Shepherd deyir: “Məncə qalınlıq hesablamalarında bunun səbəbini görə bilərsiniz.” O əlavə edib: “Həmin mərhələdə aysberqin onurğası orta hesabla 141 metr idi və ərazidəki batimetriya (dərinlik) cədvəlləri 150 metr göstərirdi. Deməli, ikisi arasında çox az fərq var idi.”
A68, 2021-ci ilin aprelinə qədər izlənilə bilməyən saysız-hesabsız kiçik parçalara bölündü. Lakin onun ekosistemlərə təsiri daha uzun sürəcək.
İndi geniş şəkildə qəbul edilir ki, böyük düz və ya düz üstü olan aysberqlər gəzdikləri yerdə əhəmiyyətli təsir göstərir.
Ərinmə ilə qarışan şirin sular buradakı su axınlarını dəyişəcək. Həyatları boyu yığdıqları və sonra əriyib okeanlara buraxdıqları dəmir, digər minerallar və hətta üzvi maddələr planktonun çoxalmasına səbəb olacaq.
Bioloji okeanoqraf Prof. Dr. Qeraint Tarling BBC-yə bildirib ki, bu və digər vasitələrdən əldə edilən məlumatlar hələ tam təhlil edilməsə də, bəzi maraqlı xüsusiyyətləri ortaya qoyur:
“Biz düşünürük ki, A68 ətrafında fitoplankton növlərinin dəyişən florasına, eləcə də okeanın daha dərin hissələrində toplanan faktiki materiala güclü siqnallar var. Planerdəki hissəcik sensoru aysberqdən çox güclü material yığılması siqnallarını ötürür.”