Almaniyanın qərbindəki daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlir. Swissinfo xəbər verir ki, Almaniyanın qərbindəki daşqınlar nəticəsində ölənlərin sayı 143-ə çatıb.
Koblenz polisi, federal Reynland-Pfalz əyalətində 98 nəfərin öldüyünü, 670 nəfərin yaralandığını qeyd edilir.
Almaniyanın qərbində hərbi fəlakət rejimi elan edilib. Fəlakətin nəticələrinin aradan qaldırılmasında 850 bundesver əsgəri iştirak edir.
Əvvəlcə 16 iyul tarixində mindən çox itkin düşən şəxs haqqında məlumat verilmişdi. Daşqın ölkədə son on il ərzində ən dəhşətli faciəvi hadisə hesab olunur. Su normal səviyyədən 5.75 metr yuxarı qalxıb – əvvəlki rekord daşqından 2 metr yüksəkdir və daha da artacaq. Onlarla evin dağıldığı məlumdur. Ordu xilasetmə əməliyyatlarına cəlb edilib.
Almaniyada şiddətli leysan yağışları həftənin əvvəlindən bəri davam edir, nəticədə Reyn də daxil olmaqla çaylar sahillərindən aşıb və bir çox şəhərin küçələrini su basıb. Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal əyalətlərində xüsusilə çətin bir vəziyyət yaranıb. Təbii fəlakət yol infrastrukturunun dağılmasına və elektrik xətlərində çoxsaylı fasilələrə səbəb olub. Hazırda dəqiq ziyan məbləğini hesablamaq mümkün deyil.