“Abrams” tankının biri ABŞ ordusuna 7 milyon dollara başa gəlir. Tankın topu
Almaniya, zirehi isə İngiltərə istehsalıdır. “Abrams” dünyada rəqibi olmayan mükəmməl tank kimi təqdim olunur. Amma maraqlıdır ki, bu tankın avtomatik mərmi doldurma sistemi yoxdur.
Ona görə də “Abrams”a rus tanklarında olduğu kimi 3 nəfər yox, 4 nəfər heyət üzvü götürülür; 4-cü heyət üzvünün işi mərmini tullayaraq yerinə başqasını taxmaqdır.
“Abrams” tankının qüsurlarından biri də odur ki, Rus tankları kimi idarəolunan raketlər ata bilmir, ancaq birbaşa mərmilər ata bilir. Rusiyanın “Armata” tankının çəkisi 48 ton, sürəti 90 km/saat olduğu halda “Abrams” tankının çəkisi 60 ton, sürəti 72 km/saatdır. İraq müharibəsi göstərdi ki, amerikan tankı palçığa girdisə, bir də ordan çıxmayacaq.
Qoruyucu metal konteynerlər tankı həddən artıq ağırlaşdırmasın deyə heyət üzvləri onları tanka ancaq döyüşdən qabaq bağlayırlar. Məhz ağırlığı ucbatından lüləsi də ləng fırlanır. Rus tankları dizellə işlədiyi halda “Abrams” qaztrubinli motora malikdir və bu səbəbdən çoxlu yanacaq israf edir. Təkcə mühərriki işə salıb qızdırmaq üçün 30 litr yanacaq gedir.
Tankdan çıxan qazların temperaturu o həddədir ki, hətta səhranın ortasında kosmosdan infraqırmızı spektrdə görünür. Belə hay-küylü və toz-dumanlı tank mərmi və raketlərə tez tuş gəlir, asanca hədəfə düşür.
Böyüklüyü “Abrams”ın ən zəif nöqtəsi sayılan qülləsinin altını uzaq məsafədən vurmağa imkan yaradır. O cümlədən, mərmilər rus tanklarında olduğu kimi korpusa yox, qüllə hissəyə yerləşdirildiyindən, qülləyə zərbə dəyən kimi tank partlayır. “Abrams” tankının zəif yerləri çoxdur.
İraq müharibəsi göstərdi ki, “Abrams”ın qülləsini hətta 1938-ci il istehsalı olan “Deqtaryov” pulemtoyu ilə də deşmək olur. 30 mm-lik silahdan açılan atəş tankın tırtılını qırır və onun hərəkətini dayandırır. Yanacaq bakına güllə dəyərkən tank alışır.
Tankın döşəməsinin zirehi nazik- cəmi 2 sm olduğundan minaya düşən kimi göyə uçur. Minaya düşən rus tankını qısa bir zamanda remont etmək mümkün olursa, amerikan tankı dağılaraq remonta yaramır.
Tankın motor-transmission hissəsi də zərbədən zəif qorunmuşdur. Amerikan ekspertləri özləri də qeyd edirlər ki, döyüş şəraitində “Abrams”ın elektron cihazları tez sıradan çıxır. Tankı İraq kimi ölkələrin tozlu səhasında sürərkən içəridə nəfəs almaq olmur, belə ki filtrlərə toz dolur.
Köhnə Sovet qranatomyotlarının xırda zərbəsi “Abrams”ı kuftankuf edir, hansı ki bu qranatomyotlar hələ 1970-ci illərdə yaralılığını itirdiyinə görə Rus ordusundan yığışdırılmışdır. İraq müharibəsində Rusiya istehsalı olan “Kornet” silahından atılan mərmidən “Abrams”lar kibrit qutusu kimi alışıb yanırdı. İraqda əməliyyatlardan biri zamanı ABŞ ordusunun mexanikləşdirilmiş korpusu özünün 20 “Abrams” tankından 10-unu birdən itirdi; iraqlılar 1961-ci il istehsalı olan Sovet RPQ-7 qranatomyotları ilə onları göyə uçurdular. Yəmən konfliktində də “Abrams” tankı özünü yaxşı tərəfdən göstərmədi. Youtube kanalındakı videolardan aydın olur ki, Suriyada İŞİD-çilərin atdığı qranatomyot zərbəsindən sonra köhnə rus tankları heç nə olmamış kimi döyüşü davam etdirsələr də, yəmənlilərin atdığı qranatomyot zərbəsindən “Abrams” tankları yerli-yeksan olur. Məhz effektivliyinə inanmadıqlarına görədir ki, amerikan generalları heç vaxt bu tankı birbaşa hücumda və ya atəş nöqtələrinin dağıdılmasında istifadə etmirlər. Onlar yalnız hücum etdikləri ərazini aviasiya ilə yaxşıca şumladıqdan sonra həmin əraziyə “Abrams” tanklarını salırlar. Məhz bu səbəbdəndir ki, dünya ordularında daha çox Rus tanklarına böyük tələbat vardır. Hindistan Rusiyadan 700 ədəd T-90 tankı almışdır və 1300 ədəd də almaq niyyətindədir. Hindistanın müdafiə naziri bildirdi ki, T-90 tankı bu ölkənin atom bombasından sonra əsas silahıdır. Əlcəzair də Rusiyadan 300 ədəd T-90 tankı aldı. Rus tankları taktiki-texniki xüsusiyyətlərinə görə digər tanklardan kəskin fərqlənir. Məsələn, ABŞ-ın “Abrams” tankı maksimum 2,8 km, Almaniyanın “Leopard” tankı 3,5 km məsafəni vurduğu halda, Rusiyanın T-90 tankı 5 km, idarəolunan mərmilərlə lap 10 km məsafədəki hədəfləri vura bilir.
@qaynarxeber