Bu gün “İnter”in futbolçuları qısamüddətli Milad tətilindən qayıdıb və koronavirus testlərindən keçiblər. Üç futbolçuda xəstəlik aşkarlanıb.
İctimairey.az bildirir ki, bunlar əsas hücumçu Edin Dzeko, üçüncü qapıçı Aleks Kordak və ehtiyat hücumçu Martin Satrianodur. Eyni zamanda, Lautaro Martinezdən başqa Cənubi Amerikadan olan oyunçular hələ komandanın olduğu yerə gəlməyiblər.
“İnter” növbəti oyununu yanvarın 6-da səfərdə “Bolonya”ya qarşı keçirəcək. Daha əvvəl İtaliya çempionunun Matias Ginterə müqavilə təklif etdiyi bildirilirdi.
Comments are closed.