Azərbaycan Google-a yazıb: Bakı Qarabağda “toponimik təftiş”də israrlıdır

0

“Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 23-də Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdib edilib.

Eyni zamanda, xatırlatmaq istərdik ki, bu ilin may ayında tərəfimizdən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilmişdir.

Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adı əks olunur.

BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə, hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.

22 oktyabr Respublika Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli rəsmi bildirib ki, qlobal virtual kartoqrafik xidmət Google Maps-də Azərbaycanın artıq bir ildir ki, “torpaqlarını işğaldan azad etməsinə” baxmayaraq, Qarabağda yerləşən yaşayış məntəqələri və tarixi abidələri göstərmək üçün, erməni adlarından tez-tez istifadə olunur.

“Dünyada məşhur Google Maps proqramındakı bütün adların Azərbaycan dilinə dəyişdirilməsi vaxt tələb edir. Əlimizdən gələni edirik ki, qısa müddət ərzində Qarabağdakı bütün ərazilər, abidələr dilimizə çevrilsin ki, nə özümüz, nə də əcnəbilər çaşqın olmasın. Bütün dünya bilməlidir ki, bu ərazilər Azərbaycana məxsusdur. Təəssüf ki, bütün bunlar o qədər də asan deyil. Hazırda biz Google Xəritələrin tərtibatçıları ilə danışıqlar aparırıq. Nə qədər vaxt aparacağı məlum deyil”, – Cəfərli bildirib.

      Dağlıq Qarabağdakı yaşayış məntəqələrinin adlandırılması zamanı Ermənistan və Azərbaycan arasında ən məşhur uyğunsuzluqlardan biri regionun ikinci böyük şəhərinin qeyd olunmasıdır. Azərbaycanlılar Şuşa, ermənilər Şuşi deyirlər. Bundan başqa, Bakı uzun illərdir ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakertin “Xankəndi” kimi qeyd olunmasına çalışır.

     Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayında 2020-ci ilin payızında Qarabağda gedən müharibənin nəticələrinə görə, Bakının nəzarətinə keçən Kəlbəcər şəhərində olarkən, “Hesabatlarda Basarkeçər adından istifadə etməyə çağırıb. Üumiyyətlə lüğətimizdə Vardenis sözü yoxdur”. Ötən ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədən xeyli əvvəl Azərbaycan rəhbəri dəfələrlə tarixi ekskursiyalara çıxıb, xüsusən də azərbaycanlıların “İrəvan”a hüquqlarını iddia edib, Ermənistan paytaxtını “tarixi şəhərimiz” adlandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »