15 ildə Bakı-Tbilisi-Ceyhandan 500 milyon ton neft çıxarılıb – FOTO

0

Boru kəmərinin səmərəliliyi 75%-dən 99,9%-ə yüksəlib.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə, bu günə qədər 500 milyon ton Azərbaycan nefti Türkiyə və dünya bazarlarına nəql edilib,

İctimairey.az xəbər verir ki, bu barədə bazar ertəsi layihənin operatoru olan Böyük Britaniyanın BP şirkəti bildirib.

Məlumata görə, dekabrın 12-də SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) neft daşıyan 4922-ci Nordorse tankeri Türkiyənin Ceyhan limanından Triestə (İtaliya) yola salınıb. Beləliklə, kəmərlə vurulan neftin ümumi həcmi 500 milyon tona çatıb.

Şirkət bu hadisənin neft kəmərinin istifadəyə verilməsinin 15-ci ildönümünə təsadüf etdiyini vurğulayıb.
Hesabatda o da qeyd olunur ki, 15 il ərzində kəmərin səmərəliliyi 75 faizdən 99,9 faizə yüksəlib.
1768 km-lik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib.

Hazırda BTC boru kəməri ilə Azərbaycandan Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft vurulur.
AÇG-nin işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb.

Müqavilə 2024-cü ildə başa çatır. Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsinə dair yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, Britaniyanın BP-nin (layihənin operatoru) payı 30,37 faiz, SOCAR-ın – 25,03 faiz, MOL (16 aprel 2020-ci ildən Chevron-un payını alıb) – 9,57 faiz, Inpex – 9,31 faiz, Equinor 7,27 faiz, ExxonMobil 6,79 faiz, TP 5,73 faiz, ITOCHU 3,65 faiz, ONGC Videsh Limited 2,31 faiz təşkil edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »