Tiqran Abramyan: Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərləri isə tamam başqa işlərlə məşğuldurlar”.

Parlamentin “Şərəf” fraksiyasından olan deputatı Tiqran Abramyan hesab edir ki, orduda təhlükəsizlik qaydalarının pozulması, intiharlar, əsgər yoldaşının açdığı atəş nəticəsində ölən və yaralananların sayının artması, əsgər-zabit münasibətlərinin keyfiyyəti, ideoloji-təbliğat işinin qeyri-kafi səviyyədə olması, ilk növbədə kəskin nizam-intizam problemləri ilə bağlıdır.

“Orduda ölüm hallarının artması nizam-intizam problemləri ilə bağlıdır. Yüksək dövlət eşelonlarından davamlı hücumlar alan strukturda başqa vəziyyət ola bilməz. Başqa dərin səbəblər də var ki, hələlik onlar haqqında danışmaqdan çəkinəcəm”, – deyə deputat yazıb.

İctimairey.az erməni mediyasının məlumatına görə bildirir ki, deputat qeyd edib ki, bu və bu kimi problemlərin həllini gözləmək mümkün deyil, çünki “hakimiyyətdə olan insanların iradəsi yoxdur, Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərləri isə tamam başqa işlərlə məşğuldurlar”.

“Əsasən daxili siyasi xarakter daşıyır. Onların nə bu cür problemləri həll etməyə vaxtları var, nə də onları necə həll edəcəklərini bilirlər”, – deyə Tiqran Abramyan vurğulayıb.

Xatırladaq ki, dekabrın 10-da saat 19:30 radələrində Ermənistan Respublikasının cənub istiqamətində yerləşən hərbi hissələrdən birində ilkin məlumatlara əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Arzumanyan Senik Aşotoviç (2002-ci il təvəllüdlü) əsgər yoldaşının açdığı atəş nəticəsində ölümcül yaralanıb. … Daha iki hərbçi yaralanıb.

Comments are closed.

Tərcümə »