Kioto Prefektura Universitetinin alimləri dəvəquşu yumurtalarının anticisimlərindən istifadə edərək, ultrabənövşəyi şüalara məruz qaldıqda parlaya bilən maska hazırlayıblar.
İctimairey.az bildirir ki, Yaponiyanın Kyodo News xəbər agentliyinin xəbərinə görə, Yasuhiro Tsukamatonun rəhbərlik etdiyi qrup, maskaların virusun keçib-keçmədiyini yoxlamaq üçün, onlara asan bir yol təqdim edəcəyini bildirib.
“Biz aşağı qiymətə, böyük miqdarda dəvəquşu anticisimləri istehsal edə bilərik. Gələcəkdə bu maskaları hər kəsin istifadə edə biləcəyi asan sınaq vasitəsinə çevirmək istəyirik”.
Araşdırma qrupu 10 gün ərzində apardıqları təcrübələr nəticəsində 32 nəfərdə koronavirusa yoluxduğunu aşkarlayıb. Müəyyən edilib ki, koronavirus testi müsbət olan insanların istifadə etdiyi bütün maskalar ultrabənövşəyi şüalar altında parlayır və virus yüklərinin azalması səbəbindən zamanla rənglərini itirirlər.
Açıqlamada alimlər maskaların sınaq mərhələlərinin davam etdiyini və 2022-ci ildə buraxılması üçün hökumətdən təsdiq gözlədiklərini bildiriblər.
SİSTEM NECƏ İŞLƏYİR?
Alimlər dəvəquşulara koronavirusun təhlükəli olmayan versiyasını yeritdiklərini və sonra bu yumurtalardan çoxlu miqdarda antikor əldə etdiklərini bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, sınaq mərhələsində istifadəçilər üz maskasının içərisinə yerləşdirilən xüsusi filtrin köməyi ilə maskanın üzərinə səpilən anticisim boyası sayəsində insanın ultrabənövşəyi şüa altında koronavirusa məruz qalıb-qalmadığı aşkarlanır.
İctimairey.az