Cenevrədə İran və ABŞ arasında danışıqlar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
“İran və ABŞ arasında dolayı danışıqlar mesaj mübadiləsi ilə başladı”, – məlumatda deyilir.
Danışıqlar mərhələsinin mövzusunun nüvə proqramı ilə əlaqəli olduğu qeyd olunur.
İran nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir. Rəsmi İran mediasının məlumatına görə, danışıqlarda İran ABŞ-dən sanksiyaların tamamilə ləğvini tələb edib.
Comments are closed.