Qurbanını Yevlaxdan Goranboyun Ballıqaya kəndinə gətirib və sonra başını daşla əzərək öldürüb

0

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

İctimairey.az-a Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin verilən məlumata görə, noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboy rayonu Ballıqaya kəndi ərazisinə gətirərək, orada sonuncunun baş nahiyyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Coşqun Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »