Gürcüstanda 9 parlamentari Saakaşviliyə dəstək üçün aclıq aksiyası keçirir

0

Müxalif parlamentdəki “Vahid Milli Hərəkat” fraksiyasının və “Güc Birlikdə” birləşmiş müxalifətin 9 deputatı aclıq aksiyasına başlayıb. Onların əsas tələbi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsidir. Bunu bu gün, noyabrın 14-də deputat David Kirkitadze bildirib.

“Aclıq aksiyası Mixail Saakaşvili mülki multidissiplinar klinikaya köçürülənə qədər davam edəcək”, – Kirkitadze bildirib.

İctimairey.az qeyd edir ki, daha əvvəl də xəbər verdiyi kimi, Vahid Milli Hərəkatın liderlərindən biri Giorqi Baramidze və müxalif Droa partiyasının lideri, deputat Yelena Xoştariya Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyasına başladığını elan ediblər.

Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze dünən bildirib ki, aclıq aksiyasından sonra, Gürcüstanın keçmiş liderinin vəziyyəti o qədər pisləşib ki, o, yataqdan qalxa bilmir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »