Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub.
Fermerlərin sözlərinə görə, küləyin təsirindən məhsulun böyük hissəsi yerə tökülüb və yararsız hala düşüb:
“Armud bağımda məhsulun 70-80 faizi yerə tökülüb. Dərman aldığımız firmalara borcumuz var, bu qədər az məhsulla həmin borcları ödəyə bilməyəcəyik. Hər il bir hektardan 20-25 min manat gəlir əldə edirdik, bu il isə maksimum 2-3 min manat götürəcəyik”, – deyə fermerlərdən biri bildirib.
Fermerlərin dediyinə görə, bağlarını sığortalaya bilməyiblər, çünki bunun üçün maddi imkanları yoxdur.
“Belə güclü külək nadir hallarda baş verir. Sentyabrda yetişməli olan meyvələr vaxtından əvvəl yerə töküldü. Dərmanların pulunu ödəyə bilmirik, sığorta isə çox baha başa gəlir, buna imkanımız çatmır”, – deyə başqa bir fermer qeyd edib.
Ekspertlərin sözlərinə görə, bu halda məhsul bol olarsa, qiymətlərdə ucuzlaşma gözlənilir./Milli.Az /
Comments are closed.