Bakıda Qarabağ qələbəsindən bəhs edən uşaq rəsm sərgisi açılıb – FOTO

0

44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinə həsr olunmuş uşaq rəsm sərgisi sənətsevərlərin böyük marağına səbəb olub.

Tədbir Türkiyə Gəncliyə Yardım Fondu (GYF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə səyləri ilə təşkil olunub.

Açılış mərasimində Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları Nuri Öztürk, Mustafa Çakır və Zeki Yavuzyılmaz erməni qəsbkarları ilə döyüşlərdə həlak olan qəhrəmanların yaxınları, qazilər və məktəblilər iştirak ediblər.

Tədbirin fəxri qonağı Azərbaycanın Milli Qəhrəmanı, general Polad Haşımovun anası Səmayə Xaşımova olub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyə səfirliyinin müşaviri Nuri Öztürk Qarabağ Zəfərinin rəsmlərdə uşaqların gözü ilə əks olunmasından çox təsirləndiyini bildirib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib: “Biz türkük, özümüz də tarix yazırıq”.
R. Abbasov uşaqları Azərbaycanın qələbəsindən bəhs edən şəkillərə görə təbrik edib.

GGF-nin rəhbəri Ahmet Tecim də öz növbəsində bildirib ki, Qarabağdakı qələbə təkcə Azərbaycanın deyil, bütün türk və İslam dünyasının qələbəsidir.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »