2026-cı ilin sonuna kimi, Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.
Bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam da baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli” adlı konfransda çıxışı zamanı deyib:
“Bu tədbirlər çərçivəsində ilk olaraq Ağdam rayonunda bu il, Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin açılışı möhtərəm cənab prezident tərəfindən həyata keçirilib. Bu açılışlarında dərhal sonra Sarıcalı və Kəngərli kəndlərinin sakinlərinin artıq öz doğma torpaqlarına köçürülməsi təmin edilib”.
Onun sözlərinə görə, Xıdırlı kəndində isə bu işlər başlanıb:
“Hal-hazırda bu ay ərzində ilk 188 ailənin Xıdırlı kəndinə köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin təmin olunacaq”.//Report
Comments are closed.