DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İctimai Rəy xəbər verir ki, müraciətdə deyilir:
Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır. Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!”
Comments are closed.