Kredit faizləri bahalaşıb – Səbəb nədir? – VİDEO

Azərbaycanda manatla verilən kreditlər bahalaşıb.

İctimai Rəy Xəzər TV-yə istinadən bildirir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yeni verilən kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.90% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.79 faiz artım deməkdir.

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, milli valyutada faiz dərəcələrinin artması bir neçə amillə izah oluna bilər.

Ekspert deyir ki, faizlərin yüksəlməsi adi vətəndaşların və sahibkarların kredit götürmək imkanlarına da təsirsiz ötüşmür. Faiz dərəcələrinin düşməsi üçün də bu məsələlərə diqqət yetirilməlidir.

Onun fikrincə, yaxın aylarda kredit faizlərinin enməsi gözlənilmir.

Qeyd edək ki, bu ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə də verilən kreditlər üzrə orta faiz dərəcəsi 6.59% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.84 faiz çoxdur.

Daha ətraflı videomaterialı təqdim edirik.

Comments are closed.

Tərcümə »