Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma vərdişləri, xüsusilə ziddiyyətli məhsulların eyni vaxtda qəbulu həzm sistemində problemlərə, vitamin-mineral çatışmazlığına və ümumi narahatlığa səbəb ola bilər.

Dietoloq və qidalanma üzrə ekspertlərin sözlərinə görə, aşağıdakı qidalar bir yerdə yeyildikdə mənfi təsir göstərə bilər:

Süd və balıq – Hər iki məhsul yüksək protein mənbəyidir, lakin birlikdə qəbul edildikdə allergik reaksiyalar və dəri problemləri yarada bilər.

Pomidor və nişastalı qidalar (kartof, makaron) – Bu kombinasiyalar turşuluq və şişkinlik yarada bilər.

Meyvə və əsas yeməklər – Meyvələr sürətlə həzm olunur, digər qidalarla birlikdə qəbul edildikdə bağırsaqlarda fermentasiya prosesi başlayır.

Çay və dəmir tərkibli məhsullar (ət, ispanaq) – Çayın tərkibindəki tanin maddəsi dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

Ekspertlər tövsiyə edirlər ki, sağlam qidalanmaq üçün məhsulların uyğunluğuna diqqət yetirilsin və mümkün olduqca sadə, təbii kombinasiya seçilsin./milli.az

Comments are closed.

Tərcümə »