“Çin xarici işlər naziri Van İnin Avropaya 6 günlük səfəri başlayıb. Səfər Brüsseldən başlayıb. Van İ Fransa və Almaniyada da görüşlər keçirəcək. Pekin dünyada yaşanan gərginlik fonunda Avropa ilə stabil münasibətlər istəyir”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, bu, asan olmayacaq:
“Çünki Brüssel Vaşinqton qədər Pekinlə münasibətləri gərginləşdirməsə də, Çinin artan hərbi gücündən və ədalətsiz rəqabətindən narahatdır. Çin hökuməti şirkətlərinə müxtəlif güzəştlər tətbiq edəndə Avropa şirkətləri rəqabətdə geri qalırlar.
Brüsselin Pekinin siyasətindən başqa narahatlığı da var. Bu, Rusiya-Ukrayna müharibəsiylə əlaqəlidir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Çinin Rusiyaya Ukraynaya qarşı müharibəni aparmaq üçün məhsul və texnologiyalar verdiyinə görə Pekini sərt tənqid edir. Buna görə də Van İni Brüsseldə gərgin müzakirələr gözləyir.
Van İnin Berlin və Parisdə də gərgin müzakirələr aparacaq. Berlin və Paris də o fikirdədirlər ki, Pekin Kremlin mövqeyinə təsir edə bilər, ancaq bu imkanlarından istifadə etmir. Bu isə faktiki Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə seyrçi qalmasına şərait yaradır. Digər tərəfdən Almaniya Çinin DeepSeek startapını bloklamaq qərarı verib. Berlin Çinin bu startap vasitəsilə məxfi məlumatlar ələ keçirdiyi qənaətinədədir. Bu qərar Pekin-Berlin münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb.
Pekin üçün Avropa baxarı xüsusi əhəmiyyət daşıyır. Çin ABŞ-la ticarətdə gəginlik yaşayarkən, Avropa bazarını itirmək istəmir. Brüssel Çinlə iqtisadi əməkdaşlığı davaç etdirmək istəsə də, ehtiyatlı mövqedədir. Birincisi, Brüssel hesab edir ki, Çinin ticarət siyasəti ədalətli deyil, ikincisi, Vaşinqtonun Pekinin siyasətindən narazılığı da nəzərə alınır”.
Comments are closed.