Yay aylarında orqanizm temperaturun kəskin dəyişməsinə — məsələn, istidən sonra sərin suya girmək və ya kondisionerin birbaşa soyuq hava axınına məruz qalmaq — səbəbindən pnevmoniya riski ilə üzləşə bilər.
Bu barədə pediatr Pavel Berejanski “Radio 1”ə müsahibəsində danışıb. Onun sözlərinə görə, yayda qeyri-sabit hava şəraiti və mövsümi dəyişikliklər uşaqlarda immunitetin zəifləməsinə, virusların isə aktivləşməsinə səbəb ola bilər.
Pediatr qeyd edib ki, uşaqlarda pnevmoniya əsasən yüksək hərarət, öskürək və bəlğəmlə müşayiət olunur. Körpələrdə əlavə simptomlar da müşahidə oluna bilər: baş ağrısı, əsəbilik, tərləmə, nəfəs darlığı və iştahsızlıq”,-deyə o bildirib.
Berejanski valideynlərə xəbərdarlıq edib ki, uşaqlara öskürək zamanı həkim məsləhəti olmadan dərman vermək olmaz.
“Diaqnozun dəqiq qoyulması üçün mütləq şəkildə həkim müayinəsi aparılmalıdır ”, – deyə o vurğulayıb./News24.az
Comments are closed.