Azərbaycan məhkəmə sistemində antirekord – ən az hakim korpusu ilə ən çox iş yüküVladimir Putin: Azərbaycanla Şimal-Cənub və bir neçə digər mühüm istiqamət üzrə yaxşı layihələrimiz var
Keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb. Bu, yaxşı göstəricidir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin iyunun 18-də Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən söyləyib.
Rusiya dövlətinin başçısı deyib: “Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət – logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”.
Comments are closed.