Salyan rayonunda Tarixi Qələbə günü – Zəfər bayramı qeyd edildi – FOTO

0

8-Noyabr Zəfər bayramı münasibətilə Salyan rayonunda təntənəli bayram tədbiri təşkil olundu və bu əlamətdar gün ərəfəsində salyanlılar şəhidlərin əziz xatirəsinə ehtiramını bildirildi.

Tədbiri giriş sözü ilə Salyan RİH Başçısı Sevindik Hətəmov açdı. O, çıxışında qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Ordumuzun peşəkarlığı, hərbçilərimizin cəsarəti, qəhrəmanlığı nəticəsində, düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni bir örnək oldu.

Bayram tədbirinə Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin valideyinləri, xanımları, qazilərimiz və Salyan rayonunun Millət Vəkili Jalə xanım Əhmədova, rayon ziyalıları da dəvət olumusdu.
Tədbirdə Möhtərəm Prezidentimizin video çarx vasitəsi ilə 44-günlük Vətən müharibəsi dövründə əskərləimizi ruhlandıran çıxışları tədbir iştirakçılarına təqdim edildi.

Salyan rayonunun Millət Vəkili Jalə xanım Əhmədova 44-gunluk Vətən müharibəsi zamanı döyüşlərdə Şəhid olmuş oğullarımızın valideynlərinə və qaizilərimizə Fəxri fərmanlar təqdim etdi.

Sonda şəhid valideynləri Möhtərəm Prezidentimizə və xanımına onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »