Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın zamanlarda…

Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan TDT-nin üzv ölkələrinə 20 milyarddan çox investisiya qoyub:

“Azərbaycan qonşu ölkələrlə müştərək müəssisələr qurub. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün danışma baxımından böyük əhəmiyyət kəsb edir. 10 yeni gəmi hazırda inşa edilir”.

Prezident bildirib ki, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir:

“Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”.

Comments are closed.

Tərcümə »