Hikmət Hacıyevdən İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında İran İslam Respublikasında keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib.

İctimai Rəy xəbər verir ki, paylaşımda bildirilir:

“Tehran Dialoq Forumunda “təkbətək” formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”.

H.Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb: “Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”.

Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak üçün İrana səfər edib.

 

Comments are closed.

Tərcümə »