ABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
İctimairey.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında qalib gəlib.
23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.