“Biləsuvarda məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir”.
Bu barədə Lent.az-a Şirvan Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Biləsuvar rayonu Nərimankənd kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Həmin təhsil müəssisəsi 2025–2026-cı tədris ilində də fəaliyyətini davam etdirəcək. Hazırda həmin məktəbin bağlanması gündəmdə deyil.
Comments are closed.