İdman istiqaməti üzrə qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb

2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar.

Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.

Ali təhsil üzrə

Komissiya kodu İxtisasın adı Müsabiqə şərti
61  Məşqçilik (idman növləri üzrə) 70 bal
62  Ümumi fiziki hazırlıq

Kütləvi sağlamlaşdırıcı idman

Adaptiv bədən tərbiyəsi

80 bal
 63  Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi 80 bal

Tam orta təhsil üzrə

 Komissiya kodu  İxtisasın adı  Müsabiqə şərti
 6401  Fiziki tərbiyə müəllimliyi 50 bal

Ümumi orta təhsil üzrə

 Komissiya kodu  İxtisasın adı  Müsabiqə şərti
 152  Fiziki tərbiyə müəllimliyi 50 bal

Comments are closed.

Tərcümə »