Sadəcə, gələcəkdə qohum olmaq istəyən iki valideyinin danışığı bu söz söhbətə səbəb olub.
Bir neçə gündür ki, sosial şəbəkələrdə Salyan rayonu Şorsulu kəndində az yaşlı qızın nişanlanması xəbəri gündəmi zəbt edib.
Qeyd edək ki, bu şayə məhz kimlər tərəfindənsə xayincəsinə əlaqədar orqanlara ötürülüb. Mən bu gün məsələyə aydınlıq gətirmək üçün, hər iki ailə üzvlərindən məlumat əldə etmişəm. Qohumluq əlaqələri olan valideynlər bir qohum məclisində mentalitetimizə uyğun olaraq, evladlarının qismət olarsa, gələcəkdə xeyir işini və qohumluq əlaqələrinin daha istiləşməsini arzu ediblər. Burada nə nişan, nə də bir stəkan şirin çay icilib.
Bəs görək bu məsələ ilə bağlı mənim jurnalist həmkarlarlarım nə yazırlar? – “Qiz uşaqdı, qız məktəbə getmir. Və ss…”.
Bu cür yanlış ifadələr yazan həmkarlarıma bildirirəm ki, axı hər birimizin evində qız və oğlan uşaqları böyüyür. Ən azından ayıbdı. Siz reytinq naminə, iki ailənin qəlbini parçalayırsız. Olmayanı şişirdib TV kanallara, saytlara çıxarırsınız. Jurnalist adı daşıyan kəs, gərəkdir ki, hərtərəfli araşdırma aparsın, məsələni dəqiqləşdirsin, sonra efirə versin.
Eyni zamanda bir kənd sakini olaraq bildirirəm ki, millətin övladı barəsində biabırçı söz-söhbət ortaya atan hər kimdisə, öz kəndimizin sakinidir. Həmin şəxsə səslənirəm: – Yeniyetmələr barəsində bu yalan məlumatı ötürməklə, naqisliyini, şərəfsizliyini ortaya qoydun və bu namərd hərəkətinə görə Allahın qarşısında cavab verəcəksən.
Fuad QƏHRƏMANOV
İctimairey.az