İspaniya DİN əksər bölgələrdə xüsusi fövqəladə rejimi ləğv edib

İspaniya Daxili İşlər Nazirliyi elektrik təchizatı ilə bağlı problemlərə görə elan edilmiş fövqəladə vəziyyətin ölkənin əksər regionlarında ləğv edilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat açıqlamasında deyilir.

Məlumata görə, DİN başçısı Fernando Qrande-Marlaska çərşənbə axşamı altı muxtar birlikdə – Andalusiya, Valensiya, Qalisiya, Kastiliya-La-Manç, Mursiya və Rioxada milli maraq fövqəladə vəziyyətinin elanını ləğv edib. Qərar elektrik kəsintisinin fəsadlarının aradan qaldırılması fonunda qəbul edilib.

“Ekstremadura və Madriddə isə rejim qüvvədə qalır, çünki regional hökumətlər yumşaldılma tələb etməyiblər”, – nazirlik əlavə edib.

Xatırladaq ki, aprelin 28-də gündüz saatlarında İspaniyada aviasiya və dəmir yolu əlaqələrinə, həmçinin ictimai nəqliyyata təsir etmiş genişmiqyaslı elektrik təchizatı fasilələri baş verib. Madriddə işıqforlar işləmirdi, aptek, mağaza və restoranlarda işıq yox idi. Nasazlıq həmçinin Portuqaliya və Fransaya da təsir edib. Daha sonra İspaniya enerji şəbəkələrinin operatoru “Red Electrica” ölkədə elektrik enerjisi istehlakının 99,16 %-nin bərpa edildiyini açıqlayıb.

Comments are closed.

Tərcümə »