Çin Ukrayna və Rusiya arasında sülh danışıqlarının aparılmasını dəstəkləyir və ədalətli razılaşmanın əldə olunmasına ümid edir.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ bildirib.
“Biz obyektiv və qərəzsiz mövqeyimizi qoruyacaq, fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll edilməsində israr edəcəyik. Bundan başqa, BMT agentliklərinə öz vəzifələrini yerinə yetirməkdə dəstək göstərəcək və siyasi həll üçün şərait yaradacağıq. Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyən Çin ümid edir ki, tərəflər münaqişənin əsas səbəblərini aradan qaldırmağa və mümkün qədər tez bir zamanda ədalətli və davamlı sülh sazişinə nail olacaqlar”, – o, Rio-de-Janeyroda BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə qeyd edib.
Comments are closed.