Prezident İlham Əliyev qaz təchizatı ilə bağlı bir sıra qanun və fərmanlarda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
İctimai Rəy xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanı funksiyasını itirir.
Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 319 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci hissəsi ləğv edilir.
Comments are closed.